Anbarı və mağazaları bir yerdən idarə edin

Satıcı sifarişi telefondan yazır, anbar təsdiqləyir, qalıq özü düşür. Gün sonunda hər malın neçə qaldığını bilirsiniz.

Satıcının yeni sifariş ekranı: məhsullar anbardakı qalıqla və səbət

Vaxta qənaət

Səhər zəngləri, dəftər və Excel yoxdur. Sifariş özü gəlir, anbar hazır siyahını görür.

Gənclik filialı

Kondisioner Gree Bora, 12 000 BTU: 6 ədəd. Anbarda 94 var, rezerv edildi.

Bu günTəsdiqləndi
28 May filialı

Soyuducu Samsung RB34T: 2 ədəd. Qaimə çap olundu.

Bu günYoldadır
Xırdalan filialı

Televizor Hisense 50", 4K: 3 ədəd. Anbar baxır.

Bu günYeni

Mal bitmədən xəbər

Satış sürəti və gəliş müddəti hesablanır. Nə vaxt və nə qədər sifariş verməyi aylar əvvəl bilirsiniz.

Hər şey nəzarətdə

Kim nə satıb, hansı mağazada nə qalıb, kassada nə olmalıdır. Hamısı bir ekranda.

Biznesinizi aydın və nəzarətdə idarə edin

Səhər sifarişdən axşam kassaya qədər dörd addım.

Sifariş və anbar

Satıcı anbarın real qalığını görərək sifariş yazır. Mal dərhal rezerv olunur, anbardar miqdarları yoxlayıb təsdiqləyir və qaimə ilə yola salır.

RezervTəsdiqQaimə
Anbardarın təsdiq ekranı: istənilən və təsdiqlənən miqdarlar

Mağaza və satış

Satış bir neçə toxunuşla yazılır. Rəfdəki qalıq özü azalır, hər satış onu edən satıcının adına düşür.

Satış ekranıBarkodKim nə satdı
Kim nə satdı hesabatı: satıcılar və mağazalar üzrə satış

Hissə-hissə və kassa

Mağazanın öz hissə-hissə planları: ilkin ödəniş, qiymət artımı, aylıq cədvəl və gecikmələr. Bank taksiti də var. Gün sonu kassada olmalı məbləğ sayılanla tutuşdurulur.

Hissə-hissə ödənişGün bağlamaWhatsApp
Kassa ekranı: kassada olmalı məbləğ və günün bağlanması

Alış və sifariş planı

Çin və Türkiyədən gələn malın valyuta, yol və gömrük xərci maya dəyərinə paylanır. Plan mal bitmədən nə vaxt sifariş verməyi göstərir.

Maya dəyəriValyutaSifariş planı
Sifariş planı: neçə günlük mal qalıb və nə qədər sifariş verilməlidir

Anbaro AI

Sualınızı yazın, cavab rəqəmlərinizdən gəlsin

Anbaro AI Excel, CSV və PDF faylları oxuyur, qrafik və cədvəl hazırlayır. Dəyişikliyi isə yalnız siz təsdiqləyəndə edir.

  • Fayllarınızı oxuyur

    Qiymət siyahısını, fakturanı və ya hesabatı Excel, CSV və PDF kimi əlavə edin.

  • Qrafik və cədvəllə cavab

    Satışı, stoku və borcları soruşun, nəticəni Excel faylı kimi də yükləyin.

  • Təsdiqiniz olmadan heç nə

    Yeni məhsul, qiymət və sifariş əvvəlcə kart kimi göstərilir, siz təsdiqləyəndə edilir.

  • Claude ilə də işləyir

    Anbaro-nu Claude-a qoşun və eyni məlumatla orada da işləyin.

Adi anbar proqramından nə ilə fərqlənir

Çox proqram sadəcə malı sayır. Anbaro anbarla mağazalar arasındakı gündəlik işi özü görür.

  1. Başlamaq

    Adi anbar proqramı: Kompüterə quraşdırılır, çox vaxt bir kompüterə bağlı qalır.

    Anbaro: Brauzerdə açılır: kompüter, telefon, planşet. Heç nə quraşdırılmır.

  2. Mağazanın sifarişi

    Adi anbar proqramı: Mağaza malı zənglə və ya mesajla istəyir, anbar dəftərə yazır.

    Anbaro: Satıcı anbarın real qalığını görüb sifariş yazır, mal dərhal rezerv olunur.

  3. Nə almaq lazımdır

    Adi anbar proqramı: Mal minimuma düşəndə xəbər verir, ya da heç vermir.

    Anbaro: Satış sürəti və malın gəliş müddətinə görə nə vaxt və nə qədər almağı göstərir.

  4. Hissə-hissə satış

    Adi anbar proqramı: Borcun cəmi yazılır, kimin nə vaxt ödəməli olduğu dəftərdə qalır.

    Anbaro: İlkin ödəniş, aylıq cədvəl, gecikmələr və WhatsApp üçün hazır xatırlatma mətni.

  5. Rəqəmi tapmaq

    Adi anbar proqramı: Lazımi hesabatı axtarırsınız, qalanını Excel-də hesablayırsınız.

    Anbaro: Anbaro AI-dan soruşursunuz, cavab öz rəqəmlərinizdən gəlir.

  6. Xərc

    Adi anbar proqramı: Lisenziya, quraşdırma və yeni versiya üçün ayrıca ödəniş.

    Anbaro: Hazırda pulsuzdur, kart tələb olunmur. Yeniliklər özü gəlir.

  7. Başqa proqramlarla

    Adi anbar proqramı: Onlayn mağaza və ya mühasibatla əlaqə üçün proqramçı lazımdır.

    Anbaro: Açıq API, webhook-lar və Claude qoşulması hazırdır.

Keçmək bir gün çəkmir

Məhsulları Excel faylı ilə qalıqları birlikdə yükləyin, anbar və mağazaları əlavə edin, komandanı dəvət edin.

Pulsuz başla

Müqayisə bazardakı tipik masaüstü və kassa proqramlarına əsaslanır. Hər proqram fərqlidir, ən yaxşısı özünüz sınayın.

Gündəlik işinizə uyğun

  • Excel

    Məhsulları Excel-dən yükləyin, hesabat və siyahıları Excel-ə çıxarın.

  • WhatsApp

    Gecikən hissə-hissə ödənişi üçün xatırlatma WhatsApp-da hazır mətnlə açılır. Mətni rəhbər bir dəfə yazır, göndərməyi siz edirsiniz.

  • Barkod skaneri

    USB və ya Bluetooth skaner satış və sifariş ekranında işləyir.

  • Qaimə

    Hər göndəriş və transfer üçün daxili yerdəyişmə qaiməsi çap olunur.

  • Valyuta

    Alış USD, EUR, TRY və ya CNY ilə, daxil etdiyiniz məzənnə ilə. Maya dəyəri AZN-də, satış yalnız AZN-də.

  • NKA çek nömrəsi

    Hər satışa fiskal çekin nömrəsini yazın, çeksiz satışlar işarələnir. Kassa aparatı ilə inteqrasiya deyil.

  • Telefon və planşet

    Brauzerdə işləyir, heç nə quraşdırmaq lazım deyil.

  • Rollar

    Rəhbər, anbardar və satıcı. Hər kəs öz işini görür, satıcı yalnız öz mağazasını.

Tez-tez verilən suallar

Cavabını tapmadınız? Bizə yazın: [email protected]

Hazırda pulsuzdur, kart da tələb olunmur. Ödənişli planlar gəlsə, qiymətləri ən azı 30 gün əvvəl bildirəcəyik. Razılığınız olmadan heç bir ödəniş tutulmur.

Anbarınızı bu gün qaydaya salın

Qeydiyyat bir dəqiqə çəkir, kart tələb olunmur. Nümunə kataloqla dərhal sınayın.

Pulsuz başla