Hissə-hissə satışı dəftərsiz izləyin
Müştəri malı bu gün aparır, pulu aylarla ödəyir. Anbaro cədvəli özü qurur, kimin gecikdiyini göstərir və xatırlatma mətnini hazırlayır.

Cədvəl özü qurulur
Satışda ilkin ödənişi və müddəti seçirsiniz. Qiymət artımı rəhbərin qurduğu plana görə hesablanır, aylıq məbləğlər tarixləri ilə yaranır.
Gecikən dərhal görünür
Bu həftə kim ödəməlidir, kim gecikir və nə qədər borc qalıb. Hamısı bir siyahıdadır.
WhatsApp xatırlatması
Xatırlatma müştərinin adı və məbləği ilə WhatsApp-da hazır mətnlə açılır. Göndərməyi siz edirsiniz.
Necə işləyir
- 01
Planları qurun
Rəhbər müddətləri və hər müddətin qiymət artımını bir dəfə yazır.
- 02
Satışı yazın
Satıcı müştərini seçir, ilkin ödənişi alır, cədvəl yaranır.
- 03
Ödənişi qəbul edin
Müştəri gələndə ödəniş cədvəldə qeyd olunur, qalan borc yenilənir.
Tez-tez verilən suallar
Hər müddət üçün faizi tənzimləmələrdə yazırsınız, məsələn 3 ay üçün 0 faiz, 6 ay üçün daha çox. Satışda seçilən müddətin faizi tətbiq olunur.