1.Kim cavabdehdir
Anbaro-nu Vushin LLC (VÖEN 1606094771, Bakı, Azərbaycan) idarə edir. Hesab məlumatlarınız üçün biz cavabdehik.
Şirkətinizin Anbaro-ya daxil etdiyi məlumatlar, o cümlədən müştərilərinizin fərdi məlumatları üçün şirkətiniz cavabdehdir. Biz bu məlumatları yalnız şirkətinizin göstərişi ilə və xidməti göstərmək üçün emal edirik.
Fərdi məlumatlar Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanununa uyğun emal olunur.
2.Hansı məlumatları toplayırıq
- Hesab məlumatları. Qeydiyyatda verdiyiniz şirkət adı, adınız, e-poçtunuz, istəyə bağlı telefon nömrəniz və şifrəniz. Şifrə yalnız geri qaytarılmayan heş şəklində saxlanılır, biz onu görə bilmirik.
- İşçi hesabları. Rəhbərin dəvət etdiyi və ya yaratdığı işçilərin adı, e-poçtu, rolu və işlədiyi mağaza.
- Biznes məlumatları. Məhsullar və onların şəkilləri, qalıqlar, sifarişlər, transferlər, satışlar, kassa bağlanışları, təchizatçılar və alışlar. Hər əməliyyatı kimin və nə vaxt etdiyi qeyd olunur.
- Müştərilərinizin məlumatları. Şirkətinizin daxil etdiyi ad, telefon, FİN, ünvan, qeyd, kredit limiti, hissə-hissə ödəniş planları və ödənişlər, həmçinin WhatsApp xatırlatmalarına razılıq və onun tarixi.
- Anbaro AI. Söhbətləriniz, köməkçiyə əlavə etdiyiniz fayllar (Excel, CSV, PDF və başqaları), təsdiqlədiyiniz və ya rədd etdiyiniz dəyişikliklər və şirkətin aylıq istifadə həcmi.
- Texniki məlumatlar. Serverə gələn sorğularda IP ünvanı, brauzer məlumatı, sorğunun ünvanı və vaxtı jurnala yazılır. Giriş kukisi və şifrələr jurnala yazılmır.
3.Məlumatlardan nə üçün istifadə edirik
- xidməti göstərmək üçün: hesabınızı açmaq, girişinizi yoxlamaq, qalıqları, sifarişləri, satışları və hesabatları hesablamaq
- Anbaro AI ilə suallarınıza cavab vermək və təsdiqlədiyiniz dəyişiklikləri yerinə yetirmək üçün
- xidməti qorumaq üçün: icazəsiz girişin və sui-istifadənin qarşısını almaq, nasazlıqları aradan qaldırmaq
- xidmətlə bağlı vacib dəyişiklikləri bildirmək və müraciətlərinizə cavab vermək üçün, o cümlədən verdiyiniz telefon nömrəsi ilə
- qanunvericiliyin tələblərini yerinə yetirmək üçün
Məlumatlarınızı satmırıq, reklam üçün istifadə etmirik və onlarla süni intellekt modeli öyrətmirik. Anbaro-da reklam və izləmə alətləri yoxdur.
5.Məlumatların xaricə ötürülməsi
Anbaro AI sorğuları Amazon Web Services-in ABŞ-dakı serverlərində emal olunur. Anbaro AI-dən istifadə etmirsinizsə, məlumatlarınız bu yolla ötürülmür. Claude bağlantısında məlumatlar Anthropic-in serverlərinə ötürülür.
7.Nə qədər saxlayırıq
- Hesab və biznes məlumatları hesabınız açıq qaldıqca saxlanılır.
- Anbaro AI söhbətini silsəniz, onun mesajları və əlavə edilmiş fayllar dərhal silinir. Köməkçinin təsdiqinizlə etdiyi dəyişikliklərin qeydi isə uçot tarixçəsi kimi qalır.
- Dəvət linkləri 7 gün sonra etibarsız olur.
- Hesabın silinməsini istədikdə şirkətinizin məlumatlarını 30 gün ərzində silirik. Qanunla saxlanması tələb olunan məlumatlar istisnadır.
- Server jurnalları təhlükəsizlik və nasazlıqların araşdırılması üçün məhdud müddət saxlanılır.
8.Təhlükəsizlik
- Şifrələr bcrypt ilə heşlənir və açıq şəkildə saxlanılmır.
- Hər şirkətin məlumatı verilənlər bazası səviyyəsində ayrılır. Bir şirkətin istifadəçisi başqa şirkətin məlumatını görə bilməz.
- İşçilər yalnız rollarına uyğun bölmələri görür, satıcı isə yalnız öz mağazasının məlumatını.
- Claude bağlantısının açarları bazada heş şəklində saxlanılır və istənilən vaxt ləğv edilə bilər.
- Xidmətlə əlaqə şifrələnmiş HTTPS bağlantısı ilə qurulur.
Heç bir sistem tam təhlükəsiz deyil. Məlumatlarınıza təsir edən təhlükəsizlik insidenti baş verərsə, sizə ağlabatan müddətdə xəbər veririk.
9.Hüquqlarınız
Qanunvericiliyə uyğun olaraq bu hüquqlarınız var:
- haqqınızda hansı məlumatları saxladığımızı öyrənmək və onların surətini almaq
- səhv məlumatın düzəldilməsini tələb etmək
- məlumatlarınızın silinməsini tələb etmək
- emala etiraz etmək və verdiyiniz razılığı geri götürmək
Şifrənizi Profil bölməsində özünüz dəyişə bilərsiniz. Rəhbər işçilərin adını və rolunu Komanda bölməsində dəyişir. Məhsulları və hesabatları Excel-ə çıxara bilərsiniz. Digər müraciətlər üçün [email protected] ünvanına yazın, 30 gün ərzində cavab veririk.
Şirkətin daxil etdiyi müştəri məlumatları ilə bağlı müraciət həmin şirkətə ünvanlanmalıdır. Belə müraciət bizə gəlsə, onu şirkətə yönləndiririk.
10.Uşaqlar
Anbaro biznes üçün xidmətdir. Hesabı 18 yaşına çatmış şəxs açmalıdır. Uşaqlar haqqında bilərəkdən məlumat toplamırıq.
11.Siyasətin dəyişməsi
Bu siyasəti yeniləyə bilərik. Əhəmiyyətli dəyişiklikləri qüvvəyə minməzdən ən azı 15 gün əvvəl xidmətdə bildiririk. Səhifənin yuxarısındakı tarix son yenilənməni göstərir.
12.Əlaqə
Məxfiliklə bağlı sual və müraciətləriniz üçün: [email protected].
Vushin LLC, VÖEN 1606094771, Bakı, Azərbaycan.